(Azadlıq üçün ayağa qalxan - İlin Xalqı)
***
Bir zamanlar bir çox xalqlar Azadlıq qazandı və ya başqaları tərəfindən azad edildi...
Amma bizim Azadlıq mübarizəmiz də çox fərqli oldu. Azadlığını canı-qanı bahasına ödədi, neçə-neçə Vətən övladı qurban getdi bu Yolda...
Ürəyi Azadlıq eşqi ilə dolub-daşaraq, dilində
"Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
deyərək,tanklar qarşısına əli-yalın çıxdı mənim Xalqım...
Bütün dünyaya səs saldı - Və o zamanlar "Standing up for freedom People of the Year" kimi tanıdılar mənim Xalqımı...
O Xalq ki, heç bir Xalqın edə bilmədiyi qədər mübarizə əzmini heç bir zaman itirmədi - təkcə keçən əsrdə(XX) 5 kərə qalxdı onun 4-də Dövlət qurdu... Qurulan 4 Dövlətin 3-ü Dünya gücləri tərəfindən min bir yolla süquta uğradılsa da sonunda Azərbaycanın tarixi torpaqlarının 1/6-də də olsa Qəhrəman xalqımız bizə Müstəqilliyimizi yaşatdılar...
Bu son deyil, bu gün o Xalq ll mərhələ olan Azərbaycanın Bütövlüyü uğrunda mübarizə aparır... Azərbaycanın Güneyində 35 milyondan çox soydaşımızın Azadlıq mübarizəsi də öz bəhrəsini verəcək və Bütövlüyə gedən yolda öz İstiqlalına qovuşacaqdır...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев