Bu təlimat üzrə imperatorun məsləhətçilərindən Herssabbin Dahir adlı bir hind mütəfəkkiri şahmat oyununu kəşf edir.
Hind imperatoru bu şahmat oyununu, yanında bir məktub ilə birlikdə hədiyyə olaraq fars imperatoruna göndərir. Məktubunda oyunla əlaqədar heç bir şərh vermir, yalnız: Fars imperatoruna: Kim daha çox düşünür, kim daha yaxşı bilir, kim daha çox irəlini görürsə, o qazanar. Bax, hәyat budur!" yazır.
Fars imperatoru bu məktubu dövrün ən alim, müdrik vəziri olan Büzür Mehir ilə paylaşır və ondan əvvəlcə oyunu aydınlaşdırmasını, sonra
da qarşılıq olaraq hind imperatoruna hədiyyə etmək üçün başqa bir oyun icad etməsini istəyir. Büzür Mehir 10 gün müddətində nərd oyununu icad
edir. Onun tərəfindən hazırlanan nərd oyunu dünyanın ən məşhur oyunlarından biridir. Zaman məfhumundan ilham alaraq hazırlanan bu oyun son dərəcə təsir edicidir. Nərdin 4 küncü 4 mövsümü, içindəki qarşılıqlı 6
xana 12 ayı, oyun daşlarının sayı ayın 30 gününü, qara-ağ rəngdə olması gecə və gündüzü, qarşılıqlı 12 xana isə günün 24 saatına işarədir. Ancaq zərlərin şansı simvolizə etməsini nəzərə alaraq şans amili də önəmlidir.
Büzür Mehirin icad etdiyi oyunu çox bəyənən fars imperatoru hind İmperatorunun hədiyyəsinə qarşılıq olaraq nərd oyununu göndərir. Hədiyyəsi ilə birlikdə göndərdiyi məktubda isə belə yazır:
"Hind imperatoruna: Bəli, Kim daha çox düşünür, kim daha yaxşı bilir, kim daha çox irəlini görürsə, o qazanar. Amma bir az da şans gərəkdir. Bax, әsl hәyat budur! "
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 7