Aqil Sahib oğlu Quliyev -Azerbaycan milli qәhramanı, Qarabağ müharibesi şehidi.
Həyatı
Aqil Quliyev 19 sentyabr 1963-cü ildə Ermənistanın Qarakilsə rayonunun, Urud kəndində anadan olmuşdur. 1980-ci ildə orta məktəbi bitirib, Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olur. Üçüncü kursda oxuyanda hərbi xidmətə çağırılır. Əsgəri xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmək fikrindən daşınır. Çünki onun marağı artıq başqa bir sahəyə yönəlmişdi. O, 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olur. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək orada müəllimlik etməyə başlayır.
Qarabağ müharibəsi
1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr, digər tərəfdən isə valideynlərinin erməni şovinistləri tərəfindən doğma yurdlarından vəhşicəsinə qovulması onu bərk narahat edirdi. O, nigarançılığa son qoymaq üçün ailəsini də götürüb Bakıya gəlir. Ailəsinə müvəqqəti sığınacaq tapır və sonra təzəcə yaranmaqda olan Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Bu müraciətdən sonra onu 45 nəfər döyüşçü ilə birlikdə Ağdam bölgəsinə göndərirlər. Leytenant Aqil Quliyev rota komandiri təyin edilir. Vətən müdafiəçiləri sırasında onun kiçik qardaşı Nəsimi Quliyev də var idi. Nəsimi isə kəşfiyyat qrupuna başçılıq edirdi. Aqilin həyata keçirdiyi ilk əməliyyat Xocalıda oldu. 366-cı motoatıcı alay Xocalıya doğru irəliləyirdi. Aqil Quliyev dinc əhalinin müdafiəsini təşkil eləmək üçün nə qədər işlər gördü. 1992-ci ilin fevral ayında artıq Xocalı mühasirədə idi. Erməni yaraqlıları 366-cı rus alayın köməyinə arxalanaraq insanları vəhşicəsinə qırırdılar. Aqil öz rotası ilə düşmənə bir neçə dəfə sarsıdıcı zərbə endirdi. 1992-ci il fevralın 18-dən 25-nə qədər davam edən döyüşlərdə rota komandiri böyük rəşadətlə döyüşdü, onlarla erməni faşistini məhv etdi. O, bu döyüşlərin birində - “Qaz kontoru” deyilən yerdə hər iki ayağından yaralandı. Fevralın 25-i döyüş dostları onu təhlükəsiz yerə aparmağa cəhd göstərirlər. Amansız ölüm onları yerindəcə haqlayır. Aqilin də ömrü qırılır. Onun cəsədini faciədən 5 gün sonra hadisə yerindən götürmək mümkün olur.
Ailesi
Aileli idi, 1 qız övladı yadigardı
Milli Qəhrəman
Aqil Quliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı İsa Qəmbərin 7 iyun 1992-ci il tarixli 883 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin dəfn Şəhidlər Xiyabanında edilmişdir.
Xatirəsi
Aqil Quliyevin yaşadığı binanın önündə xatirə lövhəsi vurulub. Bakının Bayıl qəsəbəsində küçələrdən biri onun adını daşıyır.
ALLAH BÜTÜN ŞӘHİDLӘRӘ REHMӘT ELӘSİN
qeyd: hәr gün (bazar günü istisna) milli qәhramanlar haqda melumatlanmaq isteyirsizse buyurun qrupa qoşulun.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2