2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyədə “nakaut” edərək qələbəyə imza atıb. O, Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunda (XTO) kəşfiyyatçı olub və bir çox gizli əməliyyatları müvəffəqiyyətlə yerinə yetirib. İlkin həmçinin 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşini çiyinlərində daşıyan hərbiçilərdən biri olub. 2007-ci ildə əməliyyatların birində döş qəfəsindən güllə yarası alıb. Yaralandığı gündən bu günə kimi 9 dəfə ağır əməliyyat keçirsə də, bu əməliyyatların heç biri onun xəstəliyinin qarşısını almağa kömək etməyib. İlkin Quliyevin vəziyyəti hazırda ağır olaraq qalır. O, sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün Osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən neçə ildir ki əziyyət çəkir. Həkimlər təcili olaraq onun bir ay içində Türkiyədə əməliyyat olunmasını, əks təqdirdə onun həyatını itirə biləcəyini deyirlər.
"Qafqazinfo" Azxeber.com-a istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsində “Gənclər Şəhərciyi” adlanan yaşayış kompleksində hərbiçilər üçün tikilən binada yaşayan İlkinin yaxınları onun vəziyyətinin hər gün pisə doğru getdiyini və artıq onun bədəninin adi iynələrə belə əks-reaksiya verdiyini deyirlər.
İ.Quliyevin ailəsinin sözlərinə görə vəziyyətlə bağlı Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsələr də İlkinin səhhəti ilə maraqlanan olmayıb. Hətta Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının 18 noyabr 2014-cü il tarixli 9 saylı protokolunda da onun təcili Ağciyər Xəstəliklər İnistituna aparılması və müalicəsini xəstəxana şəraitində davam etdirməsi qeyd olunsa da, bu protokola əməl edən yoxdur.
Keçirilən əməliyyatların hamısı isə ailənin şəxsi təşəbbüsü ilə həyata keçirilib. İlkinin əmək fəaliyyətini itirməsi, əldə olan pulun iynə-dərmana xərclənməsi Quliyevlər ailəsinin mövcud vəziyyətini daha da pisləşdirib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 10