Mənbələrdən sitatlar:
Kemal Balkanın "Urartuların kökeni ve Dilleri" kitabından - "Urartu dili də türk dili kimi aqqlütinativ dildir. Urartu dilinin Hind-Avropa dilləri və ya semitik dillər ilə heç bir oxşarlığı yoxdur."
Avstriya tarixçisi Erix Fayql "Urartu" əsərində yazır ki, Urartu ölkəsinin önəmli hissəsini təşkil edən Nairi ölkəsinin adı türkcədir. Mixi yazılarda Nahor şəklində yazılmış adın On-Ur=Oghur sözü ilə eyniyyət təşkil etdiyi dəqiqdir. Macarların Hunqar adı da bu kökdəndir.
B.B. Piotrovskinin, "Ванское царство (Урарту)" kitabından - "Urartulular öz ölkələrini heç vaxt "Urartu" adlandırmayıblar. Onlar öz dövlətlərini "Biayneli" və ya "Biaynili" adlandırırdılar ki, mənası cəm şəklində "Biay ölkələri" deməkdir. Sözün kökü "Biay"dır."
Dyakonov "Урартские письма и документы" kitabında verdiyi izaha görə, Biayneli sözündə sözün kökü "Biay", "N" isə birləşdirici hərfdir. "Eli" isə mənsubiyyət şəkilçisidir.
Söz kökü+Ölkə+mənsubiyyət şəkilçisi olaraq götürdükdə, deməli Urartulular ölkəyə İl/El deyirdilər. Bu Türkcə sözdür və hazırda Azərbaycan Türkləri də daxil bütün Türksoylu xalqların dilində istifadə edilməkdədir.
Urartu dili mütəxəssisi Altan Çilingiroğlu Urartu dilinin Türk dili ilə yaxınlığını müəyyən etmişdir.
A. Virth də "Geschichte Asiens und Osteuropas, 1905" kitabında, Urartu dilini Türk dili ilə qohum hesab edir: "Türk dilinə yaxın olan Urartu dilində çoxlu Türk sözləri aşkar edilmişdir, məs.: bin=min, su=su, çələbi=ağa və s. Bəzi tədqiqatçılar Urartu dilinin Culfa yaxınlığında yüksək dağ əhalisi arasında qalıqlarının mövcud olduğunu yazırlar."
E. Neunun "Das Huritische: Etne Altorientalische Sprache in neuem Licht" kitabından - "Urartuca, yenə bitişkən və aqqlütinativ dil olan hurricə ilə də qohumdur."
G. Wilhelm, Grundzüge der Geschichte ubd Kulter der Hurriter kitabından - "Əslində hər iki dilin eyni kökdən gəldiyi, eyni qaynaqdan şaxələnib təxminən miladdan öncə 3-cü minillikdə bir-birindən ayrıldıqları artıq sübut edilmişdir."
Koppers Wilhelm, "İlk Türklük ve İlk İndo-Germenlik", Belleten, c. V" kitabından - "Urartu xalqının mənşəyi ilə bağlı problemli məsələyə aydınlıq gətirmək üçün hurrilərin mənşəyinə işıq salmaq lazımdır. E. ə. təxminən 2300-cü ildə Şimali Suriya ilə Şimali Mesopotamiya arasında Hələbdən Ninevaya qədər uzanan bir dövlət quran Hurrilərin (Çorit və Çurri) irq və dil baxımından semit, ari və hind-Avropa tayfaları ilə heç bir əlaqəsi olmadığı qəbul edilir."
Götze A. Hethiter, "Churriter und Assyrer: Hauptlinien der vorderasi atischen Kulturetwicklung in II jhtsd. V" kitabından - "Hurrilər bir çox alim tərəfindən Turani kökənli qəbul edilməkdədir."
Hurri və Mittani dilləri ilə türkcə arasındakı bənzərliyə Hrozny "Die Länder Churri und Mittari ältesten Inder", Archiv Orientalni, c. I" əsərində işarə etməkdədir.
📍 Bütün bu mənbələr və arqumentlərdən göründüyü kimi nə urartuluların, nə də Urartu xalqı ilə qohum olan hurrilərin ermənilərin də mənsub olduğu Hind-Avropa dil ailəsi və erməni (hay) milləti ilə heç bir əlaqəsi yoxdur. Tam əksinə, bir çox linqvist və tarixçi tərəfindən dillərdə aşkar edilmiş bənzərlik sübut edir ki, Urartu dili Türk dilləri ailəsinə daha yaxındır. Hətta yuxarıda vurğulanan bəzi alimlərə görə urartuca elə türkcədir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев