F-16 pilotun yerdən 15 min metr yüksəklikdə, 1100 kilometr saat sürətlə uçarkən katapult etməsinə imkan verən oturacaq ilə təchiz edilib. Yüksək manevr qabiliyyətinə malik olan F-16 təyyarələri təyinatından asılı olaraq müxtəlif tipli silah sistemləri, M61-A-1 markalı, dəqiqədə 511 mərmi ata bilən dördlüləli avtomatik top, yaxın hava döyüşü üçün 6 idarəedilən “hava-hava” raketi, habelə yerüstü hədəflərə zərbə endirmək üçün “hava-yer” raketləri, idarəedilən lazer bombaları, hədəfə elektron sistemlə yönləndirilən idarəedilən raketlərlə təchiz edilib. Beləliklə, təyyarə hava döyüşü ilə yanaşı, yerüstü hədəflərə qarşı da effektiv şəkildə tətbiq edilir. Xüsusən minlərlə kilometr yüksəklikdən və uzaq məsafədən yerüstü hədəflərə dəqiq zərbələr endirir.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев