Amma insanlara həmişə yaxşı ol; pislik etmə, yaxşılıq et... hətta onlar etdiyin yaxşılığı pislik kimi bilsələr də, sən buna görə narahat olma, çünki sən pisliyin nə olduğunu bilirsən və insanları o pislikdən qoruduğunun fərqindəsən... elə buna görə də yoluna davam et... Çətin olacaq, insanlara pislik kimi gələn davranışı davam etdirmək, amma yorulma və fikir vermə nə düşündüklərinə, yoluna davam et... Bu zaman yaxşılıq etməyə çalışdığın insanları qoruduğun kimi özünü də qorumuş olacaqsan yaxşı olmayanlardan... Əsil səni – hamıdan gizlətdiyin səni...O sən ki, özün belə tanımağa risk etmədiyindir...Bu dünyaya yad olan, görünən özünə belə yad olan o səni... Elə o səni daha dərində gizlə... Gül misalı tikanlar ilə sar ətrafını... Çünki Gülə zərər vermək istəyənlərdən başqasını incitəməz gülün tikanları... Onun üçün gül kimi olmaq lazımdır həyatda!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев