Orada olduğumu bilib
yanıma qasid göndərdi. O, mənə xəbər verdi: “Knyaza (komandan İ.F.Paskeviç nəzərdə tutulur.-
Ş.N.) bildirin ki, bu tərəfə hərəkət etsin.”
“Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir nömrəli “Soraq
kitabçası”nda general Kəlbalı xan Naxçıvanskinin məşhur xan nəslindən olduğu qeyd olunur. O,
on dörd yaşında ikən Peterburqdakı zadəgan balalarına məxsus paj korpusuna daxil olur. Əla
oxuyan Kəlbalı xana məktəbdə tam təhsil almaq qismət olmur. Qəfil xəstələndiyinə görə vətəni
Naxçıvana qayıdır. Bir müddət müalicə olunduqdan sonra yenidən hərbi işə səfərbər edilir. 1849-
cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak edir. Gergebel döyüşlərində göstərdiyi igidliyə
görə üçüncü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunur və zabit rütbəsinə layiq görülür.
1853-cü ildə Krım müharibəsi başlananda yerli bəylərdən ibarət süvari alayı təşkil edir.
Bir il sonra, iyunun 19-da Kəlbalı xan Naxçıvanski Çınqıl döyüşündə fərqləndiyinə görə
dördüncü dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olunur. Həmin il iyulun otuzunda rus
ordusunun general-leytenantı, İrəvan süvari polkunun rəisi Vrangel Qafqaz ordusunun baş
komandanına məlumat göndərmişdi. General təkcə Kəlbalı xan haqqında deyil, həmçinin
döyüşdə igidliklə vuruşan oğullarımız barədə fəxrlə yazırdı:
“Qoşunlarımızın hədsiz igidliyi barədə əlahəzrət cənabınızın qarşısında təkrarən şəhadət
verməyi özümə borc bilirəm ki, zabit və əsgərlər döyüşə həvəslə gedirlər: yüngül yaralananlar
cəbhəni tərk etmir, ağır yaralılar isə döyüş meydanında qalırdılar. Tibb işçiləri elə oradaca onlara
yardım göstərirdilər. 18 iyul tarixli ilk məlumatımda adları çəkilən kapitan İsmayıl xandan
(Kəlbalı xanın qardaşıdır - Ş.N). və podporuçik Kəlbalı xandan başqa müsəlmanlardan ibarət bəy
drujinasından praporşiklər Əlixan və Paşa xanın, dörd nömrəli müsəlman (Azərbaycan)
polkundan kapitan Hüseyn Sultanın adlarını da çəkməliyəm. İsmayıl xanla Kəlbalı xan hücum
zamanı öz hissələrinin önündə gedərək igidlik nümunəsi göstərirdilər.
...Yanımda volonter
3
işləyən Xancan xan Məmmədqulu oğlunu da həmçinin müəyyən
göstərişlərlə döyüşə göndərirdim... Onlar yaralanır, ancaq döyüş meydanını tərk etmirdilər”.
1855-ci ildə imperator II Aleksandrın tacqoyma mərasimi günü Kəlbalı xan leybqvardiya qusar polkuna komandir təyin olunur. Bundan sonra Qafqaz canişinliyinin
sərəncamında xidmət edir. Müxtəlif batalyon və polkların komandiri olur. Nizami ordudakı
nümunəvi xidmətinə və əla komandirlik fəaliyyətinə görə 1874-cü ildə general-mayor kimi
yüksək rütbəyə layiq görülür.
1877-78-ci illərdə rus-türk müharibəsində general Kəlbalı nur. Bütün döyüşlərdə şücaətlə
vuruşan, azərbaycanlılardan ibarət İrəvan süvari briqadasının komandiri Kəlbalı xan hərbi
əməliyyatlarda böyük şücaət göstərmişdir. Bu müharibədə onun qəhrəmanlığı brilyantla
bəzədilmiş qılıncla və müqəddəs Georgi ordeni ilə qeyd edilmişdir. General-mayor Kəlbalı xan
Ehsan oğlu Naxçıvanski 1883-cü ildə vəfat etmişdir.
Sənədləri araşdırarkən məlum oldu ki, Ehsan xan oğluna Kəlbalı xanın adını qoymuşdur.
Ona görə də mənbələrdə iki Kəlbalı xan adına rast gəldik. Baba Kəlbalı xan Naxçıvanski
haqqında Azərbaycan Sovet Ensiklopediyasının yeddinci cildində qısa da olsa məlumat verilir.
“Kəlbalı xan Naxçıvanski (? - 1823, Təbriz) - Naxçıvan xanı. Rusiyadan hərbi yardım
istədiyi üçün altı il Tehranda həbsdə saxlanmış, gözünün biri çıxartdırılmışdı. Fətəli şah
hakimiyyət başına gəldikdən sonra İrəvan xanlığında yaşamışdır. Abbas Mirzə tərəfindən
Naxçıvana vali təyin olunan Naxçıvanski İran hökumətinə xidmət etmək istəmədiyindən
Məkkəyə ziyarət bəhanəsilə, yerinə oğlu Ehsan xanı təyin edib hakimiyyətdən uzaqlaşmışdı”.
Bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim: XIX əsrin ortalarında
Naxçıvanda “Qönçeyi-Ülfət” adlı ədəbi məclis fəaliyyət göstərirdi. Bu məclisə, o vaxtlar
Naxçıvan şəhər rəisinin müavini işləyən məşhur gürcü şairi Nikolaz Barataşvili də tez-tez
gələrdi. O, burada on səkkiz yaşlı Qönçəbəyim adlı çox istedadlı bir qızla tanış olub dostlaşır.
Lirik qoşmaları ilə bu gün Azərbaycan ədəbiyyatında yaşayan həmin Qönçəbəyim generalmayor Kəlbalı xan Naxçıvanskinin bacısıdır
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев