YALNIZ İMAM HÜSEYN ƏLEYHİSSALAMA XAS OLAN BİR NEÇƏ XÜSUSİYYƏT
1. İmam Hüseyn əleyhissalam 6 aylıq dünyaya gəlmiş yeganə imamdır.
2. Yeganə imamdır ki, dünyaya gəldiyində ata-ana, babası və yaxınları ona ağlamışdır.
3. Müharibə meydanında şəhid olmuş yeganə imamdır.
4. Yeganə imamdır ki, Təvəssül duasında "Əyyuhəş-Şəhid" deyə yad olunmuşdur, halbuki bütün imamlar şəhiddirlər.
5. Sağlığında iki oğlu (Əli Əkbər və Əli Əsğər əleyhiməssalam) şəhid olmuş tənha imamdır.
6. Ərbəin (qırx) məclisi keşirilən və Ərbəin ziyarətnaməsi olan yeganə imamdır.
7. Yeganə imamdır ki, on dəfəfən çox müqəddəs qəbri zalımlar tərəfindən dağıdılmışdır. Buna baxmayaraq yenə də bərqərardır.
8. Qüsl və kəfənsiz dəfn olunmuş yeganə imamdır.
9. Yeganə imamdır ki, mübarək başı bədənindən ayrılmışdır.
10. Susuz dodaqla bədəninə minlərlə ox, nizə, qılınc zərbələrilə yaralanaraq şəhadətə çatmışdır.
11. Yeganə imamdır ki, şəhid olduqdan sonra ailəsi əsir edilmişdir.
12. Yeganə imamdır ki, ata-ana və doqquz övladı məsumdur.
13. Yeganə imamdır ki, doğulduğu ayda (Şəban) heş bir şəhadət yoxdur, şəhid olduğu ayda (Məhərrəm) heç bir mövlud yoxdur.
14. Tənha imamdır ki, qəbrinin torpağını (şəfa məqsədilə) yemək haram deyil.
15. Yeganə imamdır ki, günbəzinin altında edilən dualar qəbul olur.
16. Yeganə imamdır ki, ona İmam Zaman əleyhissalam hər gecə-gündüz ən azı iki dəfə ağlayar.
17. Tənha imamdır ki, nicat gəmisinin sürəti və genişliyi digər imamlardan çoxdur.
18. Yeganə imamdır ki Cənnət qapılarından biri onun adınadır, (yəni) Hüseyn əleyhissalam qapısı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 15