Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Saakaşvili külli miqdarda büdcə vəsaitlərini mənimsəməkdə təqsirli bilinir.
Yerli mətbuatda daha çox “pencək işi” kimi tanınan bu işdə Saakaşvili ilə yanaşı, Xüsusi Mühafizə Xidmətinin keçmiş rəhbəri Temur Canaşiya da təqsirli bilinib. Canaşiya məhkəmə tərəfindən 300 min lari məbləğində cərimələnib.
“Pencək işi”ndə söhbət Saakaşvilinin dəbdəbəli mehmanxana və kurortlarda istirahətə, kosmetoloji klinikalara və bahalı geyimə dövlət büdcəsindən pul xərcləməsindən gedir.
Prokurorluq iddia edib ki, 2009-cu il mayın 1-dən 2013-cü il fevralın 25-dək Saakaşvilinin göstərişi və təşkilatçılığı ilə dövlət büdcəsindən onun şəxsi məqsədləri üçün 9 milyon lari (həmin illərdə təxminən 5,4 milyon dollar) xərclənib.
Saakaşvili bundan əvvəl deputat Valeri Gelaşvilini döyməkdə təqsirli bilinərək 6 illik həbs cəzasına məhkum edilmişdi.
Yeni həbs müddəti Saakaşvilinin həbs edildiyi andan – 2021-ci il oktyabrın 1-dən hesablanacaq. Yəni hökmə əsasən, o, 1 oktyabr 2030-cu il tarixində azadlığa çıxa biləcək.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1