Ancaq bunların hamısının belə üstünlükləri yoxdur - uşağa zərər verə bilənlər də var.
Bu barədə “Gazeta.Ru”ya uşaq psixoloqu Nataliya Derbeneva danışıb.
Psixoloqun fikrincə, güclü işıq və səs effektləri olan oyuncaqlar təhlükəli ola bilər:
“Bu gün interaktiv oyuncaqlar çoxdur: Danışan heyvanlar, parlaq fantastik silahlar və çox yüksək səsli kosmik gəmilər. Onlarla diqqətli olmalısınız, çünki həddindən artıq səs və işıq sinir sistemini, xüsusən də uşağın sinir sistemini həyəcanlandırır. Buna görə də, belə bir oyuncaqla oynayandan sonra uşağın qəflətən aqressiya göstərməyə başladığını görə bilərsiniz”.
Uşaq psixoloqu qeyd edib ki, uşaqlar üçün yaşına uyğun olmayan oyuncaqlar almamalısınız:
“Uşaq nə qədər böyükdürsə, oyuncaqlar da bir o qədər mürəkkəbdir, tərkibində kiçik hissələr də olur. Yaş məhdudiyyətinə mütləq diqqət yetirin”.
Onun fikrincə, qorxulu oyuncaqlar daha zərərli ola bilər.
“Belə oyuncaqlar uşaqları vahimələndirir, şərin cəlbedici ola biləcəyini göstərir və yalançı dəyərlər aşılayır. Bu oyuncaqlar, həmçinin, uşaqların ünsiyyət və empatiya bacarıqlarına mənfi təsir göstərə bilər”,
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев