Gəl əl-ələ tutub gedək,
Gedək Biz olmayan yerə,
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə..!
Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə..
Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə..!
Gəl əl-ələ tutub gedək,
Gedək Biz olmayan yerə,
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə..!
Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə..
Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə..!