Azərbaycan Atabəyləri və ya Eldəgəzlər (Eldənizlər) dövləti 1136-1225-ci illər arasında mövcud olub. Bu dövlətin ərazisi Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli əhatə edirdi.
Eldənizlərin qurucusu qıpçaq əsilli bir məmlükdür. Ərəb əsilli tarixçi Mirxondun yazdığına görə, Eldəniz qıpçaqlar ölkəsindən alınmış bir qul olub. Qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir birdəfəyə 40 qul alsaydı, onlan satan ondan yalnız otuz doqquzunun pulunu alır, qırxıncını pulsuz verirdi. Sultan Mahmudun hakimiyyəti dövründə (1118–1131) bir qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməmişdi. Həmin qul da yöndəmsiz və çirkin Eldəniz idi.
Eldəniz İraq Səlcuqluları dövlətinin vəziri Kəmaləddin Əbu Talib əs-Sümeyrəminin əmrində sarayda xidmətə başlayıb və yavaş-yavaş hakimiyyət pillələrini çıxmağa başlayıb. Cüzcani Eldənizin Böyük Səlcuqlu sultanı Səncərin məmlükü olduğunu və onun adının əslində Eldəniz əs-Səncəri olduğunu yazıb. Eldənizlər tarixinin ən məşhur tədqiqatçısı Ziya Bünyadov bu məlumatı ciddiyə almayıb və bunu müəllifin səhv görüşü kimi qiymətləndirib. Ancaq Cüzcaninin bu məlumatı olduqca qiymətlidir. Müəllifin Eldənizi Sultan Səncərin məmlükü kimi təqdim etməsi Eldənizin Sultan Məhəmməd Taparın ölümü və oğlu Mahmudun taxta çıxdığı tarixdə, yəni 1118-ci ildə saray üçün alındığını göstərir.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев