İngiltərə qəzetlərində adı və kimliyi məlum olmayan bir pianoçunun sükut konserti haqqında yazılar dərc olunur. Səs-küylü reklam öz işini görür və konsert günü zal bütünlüklə dolu olur. Sükut virtuozu royalın arxasına keçir və ifa etməyə başlayır, amma royalın bütün telləri çıxarıldığı üçün heç bir səs eşidilmir. Zaldakı adamlar bir-birinə toxunurlar. Onların hər biri qonşu stulda əyləşən adamın nə edəcəyini gözləyir və nəticədə bütün auditoriya nəfəslərini tutaraq axıracan otururlar.
İki saatlıq matəm sükutundan sonra konsert sona çatır. Pianoçu ayağa qalxır və təzim edir. Onu gur alqışlarla yola salırlar.
Ertəsi gün sükut virtuozu bu hekayəni bir televiziya proqramında danışır və sonda etiraf edir:
"Mən görmək istəyirdim ki, insanların axmaqlığı hara qədər gedib çıxa bilər, o, sərhədsizdir".
Andre Morua "Gönc bir insana yaşamaq elmi haqqında açıq məktub"
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев