1. Brüs Li o qədər sürətli olub ki, onun hərəkətlərini dəqiq görə bilmək üçün kadrları yavaşıtmalı olublar.
2. Üçqat Oskar mükafatçısı Cek Nikolson uşaqlıqdan nənəsinin anası, anasının böyük bacısı olduğuna inanaraq böyüyüb.
3. Aktrisa Lillian "Peq" Entuisl "Hollywood" yazısının “H” hərfindən tullanaraq intihar edib. Hadisə 1932-ci il sentyabrın 16-da baş verib.
4. 1916-cı ildə Çarli Çaplin həftəsinə 10 min dollar qazanıb, bu isə həmin dövr üçün rekord göstərici sayılıb.
5. Merilin Monronun əsl adı Norma Jan Mortenson olub, sonradan adını dəyişərək Norma Jan Beyker yazdırıb.
6. Aktrisa Qreys Kelli Monako şahzadəsi III Renye ilə ailə qurduğu üçün onun filmlərinin Monakoda göstərilməsinə qadağa qoyulub.
7. Fotosu “Life” jurnalının üz qabığında ən çox çap edilən şəxs aktrisa Elizabet Teylor olub.
8. “Xaç atası” (“Godfather”) filmində hər ölüm səhnəsindən əvvəl kadrlarda portağal görünür.
9. “Kriminal qiraət” (“Pulp Fiction”) filmində bütün saatlar 4:20-ni göstərir. Filmdə 257 dəfə “fuck” sözündən istifadə olunub.
10. "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına namizəd olan ilk animasiya filmi 1991-ci ildə "Uolt Disney" kinostudiyası tərəfindən çəkilən “Gözəl və Bədheybət” (“Beauty and the Beast”) cizgi filmi olub.
11. Ən uzun Hollivud öpüşü 1941-ci ildə “Sən indi ordudasan” (“You‟re in the Army Now”) filmində olub. Bu səhnə 3 dəqiqə 3 saniyə davam edib.
12. 1960-cı ildə Alfred Hiçkok tərəfindən lentə alınan “Psixo” (“Psycho”) filmindəki bəzi səhnələrdə qan əvəzinə meyvə sirəsindən istifadə edilib.
13. Adolf Hitlerin ən çox xoşladığı film 1933-cü ildə ABŞ-da çəkilmiş “Kinq Konq” adlı elmi-fantastik film olub.
14. Stenli Kubrik Patrik Züskindin 1985-ci ildə çap edilmiş “Ətriyyatçı. Bir qatilin tarixçəsi” adlı erotik romanını oxuyub demişdi ki, bu əsərə film çəkilməsi mümkünsüzdür. Ancaq 2006-cı ildə əsər ekranlaşdırılıb.
15. “Döyüş klubu” (“Fight club”) filminin çəkilişləri zamanı Bred Pitin bir neçə dişi sınır. Filmin rejissoru Finçer bu hadisədən sonra çəkilişləri saxlamaq istəyir, lakin Bred dişsizliyin ifa etdiyi Tayler adlı obraza uyğun gəldiyini bildirərək çəkilişlər bitənə kimi dişsiz də gəzə biləcəyini bildirir və elə də edir.
16. “Cənnət krallığı” (“Kingdom of Heaven”) filminə çəkilmək üçün aktyor Orlando Blum 9 kq kökəlməli olub.
17. “Bencamin Battonun qəribə hekayəsi” (“The curious case of Benjamin Button”) filmi ekranlara çıxdıqdan sonra Denni Boyl “Solomon Grundy” filmini çəkməkdən imtina edib. Çünki ssenarilər oxşar idi.
18. Kinoda ən gec debüt Janna Luiza Kalmana məxsusdur. O, 114 yaşında Kanada istehsalı olan “Vinsent və mən” filmində elə öz obrazını oynayıb. Bu debütdan sonra aktrisa hələ 8 il də yaşayıb.
19. Ən uzun adı olan film İtaliya istehsalı olan “Sevgi və anarxiya filmi və ya bu gün səhər saat 10-da məşhur Via dey Fiora səbr evində” ( Film d'amore e d'anarchia - Ovvero "Stamattina alle 10 in via dei Fiori nella nota casa di tolleranza...") filmidir. Film 1973-cü ildə çəkilib.
20. Cim Carmuş "Qəhvə və siqaretlər” filminin üzərində 17 il (1986-2003) işləyib.
21. Kino tarixində ilk öpüş səhnəsi isə uzaq 1896-cı ildə lentə alınıb. "Mey İrvinin öpüşü" adlı qısametrajlı film Tomas Edison studiyası tərəfindən çəkilib.
Нет комментариев