Предыдущая публикация
Sonda ağ günləri yaza Yaradan.
Kədəri, həsrəti yox edib silə,
Ömrə sevinc dolu günlər gətirə.
Səbirlə, ümidlə dözdüyüm zaman,
Tanrıma əl açıb dilərəm güman.
Tək sənsən pənahım, köməyim Allah!
Xətadan-bəladan sən eylə uzaq.
Çarəsiz qulunam, sənindi fərman,
Dərdi özün verdin, yetir bir dərman.
Gümanım sənədir, ey uca Rəbbim!
Sənin köməyindir hər şeydən üstün!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев