Qolsuz yıxılan Həzrəti Əbbasimə ağlar
Hər bir ananın,ya atanın ölsə cavani
Öz oğluna yox,Əkbər ilə Qasimə ağlar
Hər yerdə əgər toysuz ölə tazə cəvani
Ağlar atası,qardaşı xəlvətdə nəhani
Amma anasıyla bacısı çox uca ağlar
Dağlar oların ağlamağı qəlb-i cəhani
Qasim edə toy arzusu heç yoxdu rəvayət
Bu töhməti siz vurmayın ey əhli vilayət
Nakam ölüb düzdü bu söz diqqət edin siz
"Baldan mənə şirindi" deyib şəhdi şəhadət
Qasim ki,İmam Hüseynin nur-i diliydi
Çox istəməli,sevməli bir nazlı güliydi
Qaldı vəli atlar ayağı altda dağıldı
Gəlmişdi cəhanə o cavan 13 iliydi
Qasim ki,13 sinnidə bir tazə cəvandı
Düşmən canına nərəsi min lərzə
Atlar ayağı altına düşdü o gül əndam
Səsləndi:-Əmu tez yetiş imdadə amandı
Gəl ağla mənim ləhzeyi həssasimə bacı
Ver bu xəbəri Həzrəti Əbbasimə bacı
Qasimdə Əli Əkbərə tay cismi dağıldı
Bir ağlıyağun Əkbər ilə Qasimə bacı
Gətdim balanın yarələrin bağla Səriyyə
Bu qəmdə mənim tək sinəni dağla Səriyyə
Hər kəs balası güllərinə yas tutub ağlar
Səndə oturub Qasiminə ağla Səriyyə
Səslənib deyərdim sən üçün toy tutaram mən
Qaldı ürəyimdə qəmi qan tək udaram mən
Toy məclisinə getmərəm əsla mən ölüncə
Ağlar qalaram ömrümi axır qutaram mən
Gəldim yaralı mən sənə mehman deyim oğlum
Bu gözlərim olsun sənə qurban deyim oğlum
Mən can demişəm hər sözünə hər gecə gündüz
Dur səslə nənə məndə sənə can deyim oğlum
Hicrində bu göz yaşımı alqan edərəm mən
Ah ilə del aləmi şanşan edərəm mən
Qaldım mən oğulsuz qara günlər mənim oldu
Qarə salaram başıma əfğan edərəm mən
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев