Bəsdir uyuduğun torpağın altda,
Dur, çiçək qoxulum, dur gedək evə.
Yatmaq istəyirsən gəl evdə yat da,
Dur, çiçək qoxulum, dur gedək evə/
Nə vaxt tərsliyindən usanacaqsan,
Atanı, ananı sən anacaqsan?
Bax, yağış da yağır, islanacaqsan,
Dur, çiçək qoxulum, dur gedək evə.
Yetər yaşatdığın bu qədər hicran,
Bir olan Allahın adıyla oyan!
Dur, ölüm səninçün, dur, bacin qurban,
Dur, çiçək qoxulum, dur gedək evə.