Предыдущая публикация
Buz tutmuş qəlbimə can etdim səni
Könlümə bir sultan,xan etdim səni
Niyə bu sevgiyə dəyər vermədin?!
Gündüz günəş oldum gecə ay oldum
Qış olmadım hər fəsildə yay oldum
Külün vuran o Fərhada tay oldum
Niyə bu sevgiyə dəyər vermədin?!
Səni düşünürəm hər gün hər səhər
Mən sənə bal oldum sən mənə zəhər
Həsrətdən ürəyim oldu bir təhər
Niyə bu sevgiyə dəyər vermədin?!
Sən idin düşüncəm xəyalım dərdim...
Tikanlı yoluna güllər düzərdim
Ölüm nədir? ölümədə gedərdim...
Niyə bu sevgiyə dəyər vermədin?!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев