Предыдущая публикация
Müəllif: Əlişah Nağıyev
Tamaşadır dolaylardan baxanda,
Babadağdan ildırımlar çaxanda.
Ağsu çayım, sellənibən daşanda,
Ömrüm – günüm, şirin sözüm Ağsuyum,
Vuran qəlbim, görən gözüm Ağsuyum.
Səməndərin bulaq səsi yaddadır,
Mikayılın hay-harayı oddadır.
Rasimin Nəsimisi oyadır.
Ömrüm – günüm, şirin sözüm Ağsuyum,
Vuran qəlbim, görən gözüm Ağsuyum.
Gündən-günə abadlaşır qurulur,
Dağ çayları gəlib burda burulur.
Bu növrağa Əlişahda vurulur,
Ömrüm – günüm, şirin sözüm Ağsuyum,
Vuran qəlbim, görən gözüm Ağsuyum.
İndi Ağsu çox inamlı əldədir,
Şan-şöhrəti ağızdadır dildədir,
Hər tərəfi toy düyünlü gündədir.
Ömrüm – günüm, şirin sözüm Ağsuyum,
Vuran qəlbim, görən gözüm Ağsuyum.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев