Предыдущая публикация
İnsanlıq da bahalaşıb,
Zaman tərs-köndələn aşıb,
Nə qəribə çağdır belə?
Dəhşət azğınlıq yaranır,
Bu dünya dərddən talanır,
Namus qeyrət taptalanır,
Nə qəribə çağdır belə?
Bu cür olmazdı axı,
Dünya dərd almazdı axı,
Günəş tərs doğmazdı axı,
Nə qəribə çağdır belə?
Məsuma cəfa edilir,
Cahilə səfa verilir,
Bu dünya ki hara gedir?
Nə qəribə çağdır belə?
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев