BİR QUŞ SƏSİNDƏN İSLANIR...
Bir quş səsindən islanır
bu çölün səssizliyi.
Gör yaxamdan əl çəkirmi
bu mənin Sənsizliyi!..
Adda-budda baş qaldırır
yazın yaşıl otları.
Bahar Şimal baharıdı,
havada qış notları.
Əllərimdə tumurcuqdu
ürəyimin qabarı.
Hic...