02:12
Gəl bir gününü də,mənə bəxş elə Ol bahar yağişi,qelbimə cilə Qoy tutum əlindən,düşməyək selə Bir səninlə,mənim dünyam gözəldir Gəlginən sözləri,verməyək yelə Gedək bir sahilə,bürünüm telə İzin ver toxunum,o nazik belə Bir səninlə mənim,dünyam gözəldir Seyr edək dənizin ləpələrini Öpməkdən doymayım,gül əllərini Sıxım qucaqlayım,duyum ətrini Bir səninlə mənim,dünyam gözəldir Beləcə axşamı,səhərə vuraq Bir dayanaq,birgə gəzək, bir duraq Gəl gülüm səninlə,bir dünya quraq Bir səninlə mənim,dünyam gözəldir Heyran etsin məni,gül baxışların Sinədə parlayan,zər naxışların Məst etsin Afiqi,hilal qaşların Bir səninlə mənim,dünyam gözəldir Afiq Göyçəli