00:33
Anam namaz üstə əl açıb göyə Allaha yalvarır "ya rəbbim! – deyə: — Sənsən xəlq eliyən göyləri, yeri, Candan şirin olur bala, ay Allah.    Sən mənim ömrümdən kəsib illəri, Balamın ömrünə cala, ay Allah! Bu nədir? Arzuya, diləyə bir bax, Gör bir nələr keçir ana qəlbindən? Çoxdur bu dünyada hədiyyə… ancaq Ömürdən hədiyyə görməmişəm mən. İstərəm, bir ana, bir bala sözü Lüğətdə sözlərin önündə gedə. Uca olduğundan ananın özü Ucadır, böyükdür hədiyyəsi də. Çoxdur hədiyyələr insan adına: Qiymətli ziynətlər, qiymətli daşlar. Ana həyat verir öz övladına, Həm də öz ömründən ömür bağışlar.❤☝️❤