Söz və ifa
Afiq Göyçəlinindir
14.08.18
Ay qara göz,ay baı dodaq,incə bel
Ay sözdə söz,ay al yanaq siya tel
Ay xallı üz,şali da ağ,sərin yel
Bircə kərə mənə sari əssənə?
Ağ kəlağey,bəyaz sinə səndədir
Qoşa xallar,dəs dəsinə səndədir
Elə hörmət,hörmət dinə səndədir
Addım addım mənə tərəf gəlsənə?
Nə göz görür,nə qəlb duyur Afiqi
Bir xoş sözə həsrət qoyur Afiqi
Nəsimi tək didib,soyur Afiqi
Sevən qəlbi,sevə sevə əzsənə?
Afiq Göyçeli
25.08173