
Türk pilotdan tarixi addım! Cəmi 30 SANİYƏDƏ, 20 METR hündürlükdə... Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatında türk pilot dünya hərb tarixinə düşəcək addım atıb. Pilot Afrin vilayətində terrorçuların dağdakı tunelə yerləşdirilən silah anbarını inanılmaz manevr edərək yerlə-yeksan edib. Pilot yerə 20 metr məsafəyə qədər yaxınlaşaraq tunellə paralel vəziyyətə gəlib və raketi tunelə buraxıb.