04:30
ÜRƏYİ ZƏİF OLANLARIN BAXMAMAĞI MƏSLƏHƏTDİR Bura Sabunçudur. Hal-hazırda ərazidə yeni göl meydana gəlib. Yağış suları ilə qidalanan göl hamının marağına səbəb olub. Göldə gələcəkdə balıqçılığın inkişaf etdirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycanda 250-yə yaxın göl var. Bunların əksəriyyəti kiçikdir. Lakin Sabunçu gölü kiçik olsa da digərlərindən fərqlənir. Çünki gölün ətrafı bazar, stansiya və yaşayış evləri ilə əhatə olunub. Bizimyol.info saytına göndərilmiş görüntüləri təqdim edirik: