Şərqiyyə Əkbər qızı Vəliyeva 1936-cı ildə Laçın rayonunun Nağdalı kəndində anadan olub.
Ailədə 4 bacı,1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər.
Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər.
Uzun müddət sağıcı işlədikdən sonra 1966-cı ildə ən yüksək fəxri ada Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Müxtəlif illərdə "Lenin ordeni", "Şərəf Nişanı ordeni", "Oktyabr İnqilabı ordeni", "Xalqlar Dostluğu ordeni" və bir çox SSRİ orden və medalları ilə təltif olunmuşdur.
Azərbaycan SSR VII və VIII çağırış Ali Sovetinin deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır.
1952-ci ildən YİLKGİ üzvü, 1965-ci ildən Sov.İKP üzvü olmuşdur.
1997-ci ildə YAP-ın üzvüdür. 2002-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə ona "Prezident təqaüdü" verilmişdir.
Şərqiyyə Vəliyeva Sabir Vəliyevlə ailə qurmuş, ailəliklə maldarlıqla məşğul olmuşlar. Sabir Vəliyev qabaqcıl maldar olduğu üçün bir neçə orden və medallarla təltif edilmişdir.
Şərqiyyə Vəliyevanın oğlanlarının dördü Qarabağ müharibəsində iştirak etmişdir. Oğlu Füzuli Vəliyev Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Mİ-24 helikopterində hərbi təyyarəçi olmuşdur. 256-dəfə döyüş uçuşu keçirmiş kapitan rütbəsində xidmətini davam etdirmiş, döyüşlərdə aldığı güllə yaralarının fəsadları nəticəsində 2003-cü ildə hərbi vəzifəsini yerinə yetirərkən həlak olmuşdur.
Şərqiyyə Vəliyeva Laçının işğalından sonra Bərdə rayonunun Zümürxan kəndində məskunlaşmışdır.