"Demədi Demə" kanalı Bahadur Seyidova məxsusdur.
Facebook - profili -
https://www.facebook.com/BahadurSeyidov2
İnstagram -
https://www.instagram.com/demedideme_official/
Video içi reklamları üçün əlaqə - 0553624969
(Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.)
Bolqarıstanlı alim, Dr. Mermerski maraqlı bir açıqlama edib. O, gündə 4 qaşıq yeməklə xərçəngi müalicə edən qida hazırlayıb.
Dr. Xrsito Mermerski araşdırmaları ilə daim diqqət çəkib. Xərçəngin müalicəsini tapdığını elan edəndən sonra daha da məhşurlaşıb. Qəribəsi odur ki, onun iddiasını təsdiqləyən minlərlə adam var. Mermerski tapdığı pəhrizin nəinki xərçəngi müalicə etdiyini, habelə, bütün orqanizmi xəstəliklərdən müdafiə etdiyini, sağlamlığın açarı olduğunu xüsusi vurğulayıb. Onun sağlamlıq formulu damarları təmizləyir, yaddaşı gücləndirir, ürək xəstəliklərini aradan qaldırır, immuniteti möhkəmlədir, ağciyər və böyrəkləri təmizləyir. Həmçinin, bütün növ xərçəng xəstəliklərinin yaranmasına qarşı effektiv müdafiə üsuludur.
Dr. Mermerskinin sehrli formulu aşağıdakı kimidir:
400 qr yaşıl buğdanı bir qaba tökün. Üstünə çıxacaq qədər su əlavə edin. Bir gecə belə qalsın. Səhərisi suyunu süzün və buğdanı su ilə durulayın. Sonra başqa bir qaba qoyub gözləyin. 24 saat sonra buğda cücərəcək.
Beləliklə, 400 qr cücərmiş buğda, 15 limon, 12 diş sarımsaq, 1 kq bal, 400 qr qoz götürün və başlayın sağlamlıq formulunu hazırlamağa. Sarımsaqları təmizləyin, suya çəkin. Sonra buğda, qoz və sarımsağı birlikdə üyüdün. Bunları ayrıca bir qaba tökün. 5 limonu yaxşıca suya çəkib qabıqlı halda üyüdün. Hər iki üyüdülən məmulatları bir-birinə qatın. Qalan 10 limonun suyunu sıxıb bu qarışıma əlavə edin. Yaxşıca qarışdırın. Ən son balı əlavə edib taxta qaşıqla qarışdırın. Qarışımı şüşə bankaya töküb 3 gün soyuducuda saxlayın.
3 gün sonra Dr. Mermerskinin sehrli formulu artıq əlinizdə olacaq. Səhər acqarına və axşam yeməyindən əvvəl 1-2 xörək qaşığı yeyin. Yatmazdan qabaq isə 1 qaşıq yemək kifayətdir.
Dr. Mermerski əmindir ki, bu qarışımı yemək sağlam və uzunömürlü olmağın açarıdır. Eyni zamanda, orqanizmin gümrah və enerjili olmasına kömək edir.