Fələk səninlə düz dolana bilmərəm,
Məni dönüb-dönüb yaralayıbsan.
Yurdumu böldüyün bəs deyildimi?
İnd də eşqimi paralayırban.
Görmədin könlümün dərdi-sərini,
Birdə vərəqlədin qəm dəftərini.
Bir gözü yaşlını meyni pərini,
Bəxtimə çox görüb qaralayıbsan.
Qaşlar qara, kiprikləri ox idi,
Gendə baxıb bəh-bəh deyən çox idi.
Dünya dariydimi, yermi yoxiydi?
Dağları sinımdı sıralayıbsan
Məstan o dilbərin intizarıdı,
Oda hər qəsdimin ixtiyarıdı.
Gəlki keçid bağlı, yollar ayrıdı,
Görki kimi sən kimdən aralayıbsan....
(C) Məstan Əliyev (Məstan Günər)