Orxan Şirazi oğlu Alıyev — Azərbaycan Milli Ordusunun əsgəri Şəhid çavuş.
Orxan Şirazi oğlu Alıyev 1994-ci il noyabr ayının 25-də Bakı şəhərində Alıyev'lər ailəsinin sonbeşik övladı olaraq dünyaya gəlmişdir.Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan Orxan uşaqlıq illərindən idmana böyük maraq göstərmiş bunun nəticəsi olaraq sağlam həyat tərzi sürmüşdür və pis vərdişlərdən uzaq olmuşdur. 19 yaşlı Şəhid Çavuş Orxan Şirazi oğlu Alıyev vətənini, millətini çox sevirdi.Hər zaman hörmət qazanmağı, qorxmaz olmağı, zəiflərə kömək etməyi ilə seçilmiş bu gənc oğlan öz ailəsinə də çox düşkün olmuşdur.Orxan sağlamlıqının hər zaman qeydinə qalmşıdır və idmanın cüdo və qaydasız döyüş növləri ilə məşğul olmuşdur. Alıyev Orxan 4 yanvar 2013-ci il də həqiqi hərbi xidmətə yollanmışdır, Orxan Alıyev 3 ay Bakıda xidmet etdikdən sonra ona çavuş rütbəsi verilir və cəbhə bölgəsinə göndərilir.Milli ordunun artileriya qoşunlarında kəşfiyyatçı olaraq xidmətini davam etdirir.Orada sayılıb seçilən əsgərlərdən olan Orxan haqqda komandirlərindən biri belə deyir: biz ele düşünürdük ki bu hərbi hissədən daha Mübariz kimi oğul çıxmayacaq lakin Orxan bununla bizlərə göstərdi ki Mübarizlər hələdə var.Çavuş Alıyev hərbi hissədə qərargah növbətçisi olub və bayrağımızı qoruyub.Alıyev Orxan xidməti zamanı bir çox əsgərlərə kömək etmişdir, Əsgər yoldaşlarından biri demişdir: Orxan hərbi hissədə zəiflərin müdafiəçisi kimi tanınırdı.Hərbi hissədə idman yarışlarında qalib olduğu üçün Komandanlıq tərəfindən 7 günlük məzuniyyət verilmişdir, Orxan məzuniyyətə gələrkən qardaşı Rövşən Alıyevlə söhbətində bildirmişdir ki İnşAllah xidməti bitirdikdən sonra ibadətə başlayacaq namaz qılacaq.19 yaşlı Orxan Alıyev xidməti zamanı Mübariz postuna getmək istədiyini dəfələrlə ailəsinə demişdir və sosial şəbəkədə öz şəxsi hesabında da status şəkilində yazmışdır: İnşAllah ayın axırı gedirəm Mübariz İbrahimovun postuna... Xidmətinin 12-ci ayını tamam edərkən və xidməti bitirməyinə 6 ay qalmış Orxan Şirazi oğlu Alıyev 11 dekabr 2013-ci il Naftalan-Tərtər cəbhə bölgəsində dünyasını dəyişmişdir.
Allah rehmet elesin Amin
Sehid Orxan Alıyev Sehid Orxan Aliyev Şəhid Orxan Aliev Çavuş Orxan Alıyev Azərbaycan Qərbi Azərbaycan Qaraçuxur Bakı