Bu günlərdə ürəyimdə yanğın var,
Qəlb yanar, alovlanar, bir anda bax, solar.
Bitər həyatım, sönər arzular,
Sənə son sözüm var.
Yox demədən düşün bir az,
Gedər zaman, geri qayıtmaz.
Nəqarət:
Sən bilmədin qəlbdə yanan nədir,
Bax könlümə, eşqin dərindədir.
Saf sevgidə söylə yalan nədir,
Yox yalanım, qəlbim səninlədir.
"Eşqin dərindədir"
(söz: N.A.D.O. musiqi: Pərviz Mahmudov)