Bir gün gələcəyəm olduğun yerə,
Axtarıb tapacam səni hardasan..!
Necə ürəyimə salmışam səni,
Özün görəcəksən hələ ordasan..!
Tutacam əlindən gözünə baxıb,
Deyəcəm sevirəm səni ürəkdən..!
O qədər bağlanıb ürəyim sənə,
Səni soruşuram əsən küləkdən..!
Sonra qollarımla saracam səni,
Qara tellərini qoxlayacağam..!
Kənara çəkilmək istədiyində,
Səni sözlərimlə saxlayacağam..!
Deyəcəm qal belə hələ ayrılma,
Gör mənim ürəyim nə deyir sənə..!
Allahdan bəlkə də son arzumdu bu,
Bir gün bu günləri bəxş etsin mənə..!
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Свернуть поиск
Правая колонка
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.