Salyanda maraqlı bir təşəbbüsə ilkin imza atılıb. Şorsulunun bir qrup kənd sakini Kür çayının qolu olan Akkuşa çayına 30 mindən artıq balıq buraxıb. Belə ki, son illər çaylarda balıqların tükəndiyini görən Şorsulunun bir qrup sakini belə bir addım atmağı qərara gəlib. Süni göl sahibləri ilə danışıq apararaq Akkuşa çayına balıq buraxmaq niyyətində olduqlarını bildiriblər. Göl sahibləri də bu xeyirxah təşəbbüsə qoşulublar. Süni göllərdə olan xırda balıqlar tutularaq Akkuşa çayının sahilinə gətirilib. Sonra hər biri 50 qram çəkidə olan 30 min ədəd karp, çəki balığı çaya buraxılıb. Bu təşəbbüs artıq kənd sakinləri tərəfindən də bəyənilib. İlin axırına kimi daha 500 min ədəd müxtəlif növ balıqların çaylara buraxılması nəzərdə tutulub.