Quranda bildirildiyi kimi, (...O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur.(Əhzab surəsi/ 40)) Allahın elçisi və peyğəmbərlərin sonuncusu olan Məhəmməd (səv) böyük bir əxlaq sahibi olub. Allah onlarca ayədə Allahın və möminlərin dostu Məhəmməd (səv)in gözəl əxlaqı olduğunu, heç vaxt təqvadan ayrılmadığını, Allahın qoyduğu qayda-qanunlara təqdirincə əməl etdiyini ümmətinə bildirmişdir. O, elçi və uyarıcı olaraq ona verilmiş məsuliyyəti həmişə ən gözəl tərzdə yerinə yetirmişdir, yəni böyük bir təblğ əhli olaraq, daim insanları Allah yoluna, hidayətə dəvət etmişdir. Peyğəmbərimiz (səv) gözəl əxlaqı tövsiyə etdiyi minlərcə hədislər vardır ki, bu hədislərin hamısında da peyğəmbər inananlara Allahın bəyənəcəyi əxlaqın ən gözəl olanını tövsiyyə edib. Yalnız və yalnız Allahın sözünə , yəni ona vəyh olunana uyan Məhəmməd (səv) hədislərində belə buyurub: "Rəbbim mənə doqquz şey əmr etdi: Gizlində də, aşkarda da Allahdan qorxmağımı, qəzəbli və sakit halda da ədalətli söz söyləməyi, yoxsulluqda da, zənginlikdə də qənaət etməyimi, məndən ayrılana da rəhm etməyimi, mənə zülm edəni bağışlamağımı, susmağımın təfəkkür olmasını, danışmağımın zikr olmasını, baxışımın ibrət olmasını, doğru və gözəl olanı əmr etməyimi. " “ Möminin haqq-hesabında ən vacib şey gözəl əxlaqdır”, “Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur”, “And olsun Allaha ki, Cənnətə ancaq gözəl əxlaq sahibləri daxil olar”. "Möminin şərəfi dini, nəcibliyi gözəl əxlaqı, mərdliyi də ağlıdır." Biz peyğəmbərimizi görməsək də, Qurandan və hədislərdən məlum olur ki, danışıqları və gözəl davranışı ilə, o, hər kəsə örnək olacaq bir əxlaqda olub. Allahın Quranda buyurduğu: Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi / 21), – ayəsindən göründüyü kimi, Qurana uyan hər bir müsəlman üçün danışığını, davranışını, əxlaqını örnək edəcəyi şəxs məhz Allahın elçisi, möminlərin vəlisi Məhəmməd (səv)dir.