"Demədi Demə" kanalı Bahadur Seyidova məxsusdur.
Facebook - profili -
https://www.facebook.com/BahadurQobustan
İnstagram -
https://www.instagram.com/bahadurqobustan/
Video içi reklamları üçün əlaqə - 0553624969
(Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.)
Demədi Demə kanalına abunə olmağı unutmayın. Hər həftə sizə daha maraqlı videolar təqdim edəcəyik.
Dünyanın ən təhlükəli yolları
Avtomobillər həyatımıza sürətlə daxil olduqca yolların təhlükəsi artır. Lakin, elə yollar var ki, orda maşın sürməyi heç bir sürücü arzulamaz. Beləliklə, dünyanın ən təhlükəli 16 yolu...
16. Zoci-La. Bura Hindistandır. Gördüyünüz bu təhlükəli yol Ladax və Kəşmiri birləşdirir. Dəniz səviyyəsindən 3528 m yüksəklikdədir. Burda təkcə avtomobillərin yox, heyvanların da tıxacına rast gəlmək olar. Və bu tıxaclar zamanı geri qayıtmaq fikrinə düşməyin. Burdan geri dönmək heç cür mümkün deyil. Yol açılana qədər yerinizdə sakitcə dayanıb gözləsəniz, təhlükədən uzaq ola bilərsiniz.
15. Transfaqaraşan. Rumıniyada yerləşir. Karpat dağlarından üzüaşağı gedən bu yol olduqca maraqlıdır. Yuxarıdan baxınca gördüyünüz bu dolayların ümumi uzunluğu 80 km-dir. Hər aşırımda qarşınıza gözəl mənzərə çıxır. Lakin, bu yolda maşın sürən sürücü bütün cəsarətini və gücünü toplamalıdır. Bura Rumıniyanın ən hündür yolu hesab edilir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2034 metr hündürlükdədir. İl ərzində burda çox az yolçu olur. Axı, belə yolu getmək hər adamın işi deyil...
14. Dalton şossesi. Alyaskada yerləşir. Uzunluğu 660 km-dir. Bu da o deməkdir ki, neçə kilometrlərlə yolda və yol kənarında heç nə yoxdur, qardan savayı... Dalton şossesində gedərkən adam dünyadan təcrid olur... Əgər maşın xarab olsa, yolda qalsanız, ən azı bir həftə kiminsə köməyə gələcəyinə ümid etməyin. Çünki, burda həftələrlə yolçu gözə dəymir. Bura dünyanın ən təhlükəli qarlı yoludur. Dalton şossesindən keçməzdən əvvəl telefonlarınızın enerjisinin bol, avtomobilinizin saz vəziyyətdə olduğuna əmin olun...
13. Kxardunq-La. Hindistandadır. Bu yolu dünyanın “ən qorxunc yolu” adlandırılır. Dünyanın ən hündür torpaq yolu kimi “Ginnes`in rekordlar kitabı”na da düşüb. 5359 m yüksəklikdə yerləşir. Burdan yalnız çiyninə illərin təcrübəsini, ürəyinə soyuqluğu yığan sürücülər keçə bilərlər.
12. Yunqas yolu Boliviyada yerləşir. Bu təhlükəli yoldan qorxmayan az adam tapılar. Hər il ən azı 200-300 səyahətçi bu yollarda həlak olur. Yolun bir hissəsi dağlardan, bir hissəsi isə yumşaq torpaqdan keçir. Sürücülər üçün əsas şərt maşını asta-asta sürmələridir. Lakin, bütün hallarda təhlükə qaçınılmazdır. Bu cür halları görəndən sonra adamı bir sual düşündürür: niyə hələ də insanlar bu yoldan keçməyə həvəslidirlər?
11. Norveçin Atlantik yolu. Bu yol Atlantik okeanın sularının üstündən keçir. Dünyada ən çox turist keçən yoldur. Çünki, Səyahətçilərin qarşısında gözəl Antlantik mənzərəsi açılır. Burda azacıq artıq sürətlə avtomobilinizlə birgə okean sularında qərq ola bilərsiniz. Qabarma zamanı okean sularının yolları yuması da ayrı bir problemdir. Əgər bu yoldan keçmək istəsəniz, səbrlə çəkilmə zamanını gözləməlisiniz.
10. Quolyan tuneli. Çin ərazisindədir. Tunel ucqar kəndləri mədəniyyətə birləşdirən yeganə yolun bir hissəsidir. Tayhanq dağından keçən yoldan aşağı baxmaq da ürək istəyir. Tunelin içi daim qaranlıq olur. Gördüyünüz kimi, yolun həyat üçün təhlükəsi çox olsa da, hər il saysız-hesabsız turistləri Çinə gətirir.
ARDI VAR...
Twin Musicom sanatçısının Odd News adlı şarkısı, Creative Commons Attribution lisansı (
https://creativecommons.org/licenses/by/4.0/) altında lisanslıdır.
Sanatçı:
http://www.twinmusicom.org/