“Qulyaki” kafesində kriminal “sxodka”.Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının saxlanılması ilə bağlı yeni təfərrüatlar məlum olub
Rusiya mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində kriminal “sxodka” keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub. Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı “qanuni oğru”, Vaqif (Kamışlovo), “Yuqra Cavanşir” və digər avtoritetlərin adı çəkilir. Ağayar Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram və İntiqam qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub.