Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, H.Hacıyev bu barədə rəsmi tvitter səhifəsində video paylaşıb.
“8 noyabr Qələbə Gününə həsr olunmuş Şuşa və Bakıda rəqs atəşfəşanlığı. Qarabağın və xüsusilə Şuşanın Ermənistanın 30 illik işğalından və müstəmləkəçiliyindən azad edilməsini simvolizə edən yeni tarix Azərbaycanın milli təqviminə daxil edilib”, - deyə Prezidentin köməkçisi qeyd edib.