Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları,şəhid ailələrinin üzvləri ilə «Vətən Uğrunda» səyyar təşviqat dəstəsi Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların döyüş yoldaşların dəfn olunduğu məzarlıqlari Şəhidlər Xiyabanında ziyarət edib.
Şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirin iştirakçıları Gəncə şəhərində yerləşən “Xan Bağı” Azərbaycanın ən qədim parklarından birində istirahət edib görüş keçiriblər. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ordumuza göstərdiyi diqqət və qayğıdan, ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlardan danışıblar,
döyüş yoldaşları ilə 1-ci Qarabağ müharibəsinin olan xatirələri ilə bölüşüblər. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.