Rusiyanın “Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov “Exo Moskva” radiosunun efirində ermənilərin tərəfində kürd muzdluların döyüşdüyünü açıqlayıb. Xatırladaq ki, “Novaya qazeta”nın müxbiri İlya Azar bu günlərdə Şuşada, Xankəndində və Laçında olub, ermənilərin cəbhədə vəziyyətlərinin acınacaqlı olduğunu onların öz dillərindən eşitdiklərinə əsasən yazıb. Buna görə İlya Azarın akreditasiyasını ləğv ediblər.