Mus:Hacıbaba Həsənov (1922 - 2.02.1997)
Söz:Novruz Gəncəli (12.09.1921 - 18.10.1995)
Mahnının yaranma tarixi: Hacıbaba Həsənov lap gənclik illərindən şair Novruz Gəncəli ilə dostluq edirmiş. O, tez-tez Əhmədliyə, Hacıbaba Həsənovgilə gəlirmiş. Bir dəfə təsadüfən Hacıbabagilə gələndə vaxtilə sevdiyi qızla qarşılaşır. Bu gözlənilməz görüşdən duyğulanan Novruz Gəncəli Hacıbabagilə gələn kimi "Unuda bilmirəm" adlı bir şeir yazıb dostuna verir və əhvalatı ona danışır.Hacıbaba da bu əhvalatdan təsirlənib kamançasını götürüb həyətdəki tut ağacının altında sonralar dillər əzbəri olacaq "Unuda bilmirəm" mahnısını yazır:
Deyirlər ki, yoxdur sevgi, məhəbbət,
Bir-birinə qız-oğlan edir adət,
Doğrudan da, yoxsa saf eşq, məhəbbət,
Neyçin səni bəs unuda bilmirəm.
Mahnını unudulmaz sənətkarlarimizin Fatma Mehraliyevanın və Əbülfət Əliyevin repertuarında da seslenib