Nazir Səlim Müslümovun mülkləri və yaşlıı vətəndaşlarımızın durumu (SANCAQ və abzas)
Опубликовано: 05 дек. 2016 г.
Mütləq baxın və hər yerdə paylaşın! Telekanalizasiyalar belə video sujetlər görsətmir! Baxın görün nazirimiz nə hoqqalardan çıxır....Ilk dəfə risk edib girmişik nazirin yeni tikdirdiyi sarayın içinə, baxın görün bunlar necə yaşayırlar. Adam sanki başqa bir dünyaya daxil olur
Çox acınacaqlı durumdu =( Yuxardakılar büdcədən pulları oğurlayıb kef edirlər amma yaşlı vətəndaşlarımız məcburdu quru çörək yesinlər, məcburdu bu soyuqda küçələrdə oturub pul dilənsinlər....
Son günlər qaz, işıq və dərmanların qiyməti qalxıb amma buna baxmıyaraq yaxın gələcəkdə ölkədə maaşların və pensiyaların artırımı gözlənilmir. Bu o deməkdir ki pensionerlər, babalarımız, nənələrimiz ölməlidilər, çünki dövlətdən aldıqları 50-60 manat nəinki qaz və işıq pulu verməyə heç çörək almağa bəs eləmir. Niyə hökümət vətəndaşlarımızı bugünə qoyublar? Budurmu vətəndaşlara olan dövlət qayğısı?..... Bu dəfə Sosial Müdafiə naziri Səlim Müslümovun mülklərini araşdırıb, tapdıq. Yaşlı vətəndaşlarımız aldığı xırda xuruş pensiya ilə dolana bilmirlər, diri diri məhv olur gedirlər amma nazirimiz xalqdan oğurladığı pullar ilə özünə saraylar tikdirir..