5-10 ildən sonra baş verəcək hadisələr sizə əvvəlcədən xəbər verilsə və vaxtı çatanda həmin hadisələr eynilə deyildiyi kimi reallaşsa, bu sizi təəcübləndirməz? Bəs bu möcüzəvi hadisəni ətrafınızdakı hər kəsə çatdırmaq istəməzsiniz?
Peyğəmbərimiz 1400 il əvvəl bu dövrdə baş verəcək bütün hadisələri bildirmişdir. Bu əlamətlərin hər biri eyni ilə Peyğəmbərimizin dediyi kimi baş verir. Bəzi İslam alimləri isə bu hadisələrin baş verdiyini gördüklərinə baxmayaraq bunlardan heç bəhs etmirlər. sizce Bu səmimi yanaşmadırmı? Əlbəttə deyil.
Peyğəmbərimizin 1400 il əvvəl dediklərinə nəzər salaq.
Onun (Mehdinin (əs)) zühur edəcəyi il insanlar həccə başlarında rəhbər olmadan gedəcəklər...Birlikdə Beytullahı təvaf edəcəklər, sonra Mina dağına çatanda itlər kimi bir-birlərinə hücum edəcəklər, hacılar soyulacaq, qanlar Əqəbə cəmrəsinin üzərinə axacaqdır. (Qiyamət əlamətləri, səh. 168-169)
Kəbə basqını hz. Mehdinin (əs) zühurunun digər əlamətlərinin reallaşdığı dövrün əvvəlində, yəni hicri tarixi ilə 1400-cü ilin ilk günü, 1 Məhərrəm 1400-ci ildə (21 noyabr 1979) baş vermişdir.