
səcdə edərkən alnını və burnunu torpağa qoyurdu." ("Əhkamul-Quran" (Cəssas Hənəfi), 3-cü cild, səh.209, Beyrut çapı)
2."Torpaq (yer) mənim üçün səcdəgah və pakizəlik vasitəsi qərar verilmişdir." ("Səhihi Buxari", Səlat kitabı, səh.91)
3. "Torpaq mənim üçün səcdəgah və paklıq səbəbi qərar verilmişdir." ("Sünəni Beyhəqi", 1-ci cild, səh.212, "Səhihi Buxari", 1-ci cild, kitabus-səlat, səh.91, "İqtizaus-siratul-mustəqim" (ibni Teymiyyə), səh.332)
4. "Üzünü (səcdədə) Allah üçün torpağa qoy." ("Kənzul-ummal", 7-ci cild, Hələb çapı, səh.465, 19809-cu hədis)
5.("Peyğəmbər (bir növ həsir olan və xurma lifindən toxunan) xümrəyə səcdə edirdi." ("Sünəni Beyhəqi", 2-ci cild, səh.421, Kitabus-səlat)
6.İbni Səd (209-cu ildə vəfat edib) özünün "Ət-təbəqatul-kubra" adlı kitabında belə yazır: "Məsruq ibni Əcdə səfər zamanı özü ilə bir kərpic aparırdı ki, gəmidə onun üzərinə səcdə etsin." ("Ət-təbəqatul-Kubra", 6-cı cild, səh.79, Məsruq ibni Əcdəin həyatı)
7.Nafe deyir: "Əbdüllah ibni Ömər səcdə edərkən alnındakı parçanı kənara çəkirdi ki, öz alnını torpağa qoysun." ("Sünəni Beyhəqi", 2-ci cild, səh.105)
8."Peyğəmbər
bir şəxsi öz yanında səcdə halında müşahidə etdi o, öz alnına əmmamə bağlamışdı. Peyğəmbər
əmmaməni onun alnından kənara çəkdi." ("Sünəni Beyhəqi", 2-ci cild, səh.105)
9.Əyaz ibni Əbdüllah Qurəşi deyir: "Rəsuli Əkrəm
bir kişini səcdə halında gördü o, öz əmmaməsinin küncünə səcdə edirdi. Ona işarə etdi ki, əmmaməni kənara çəksin və bu zaman onun alnına işarə etdi." ("Sünəni Beyhəqi", 2-ci cild, səh.105)
10."Səqəleyn" hədisinə əsasən Qurandan heç vaxt ayrılmayan, digər tərəfdən də Peyğəmbəri Əkrəmin
Əhli-beyti sayılan şiələrin məsum rəhbərləri də öz kəlamlarında bu həqiqətə işarə etmişlər. İmam Sadiq (ə) buyurur: "Yerə səcdə etmək Allahın hökmü, həsirə səcdə etmək Peyğəmbər
sünnəsidir." Vəsailuş-şiə", 3-ci cild, səh.593 Kitabus-səlat ma yəscudu ələyhim babı 7-ci hədis)
Başqa bir hədisdə buyurur: "Səcdə yalnız yerdən göyərən, amma yeməli və geyilməli olmayan şeylərə caizdir." ("Vəsailuş-şiə", 3-cü cild, səh.593, ma yuscədu ələyh, babı 7-ci hədis)
11.Şiənin nəzəriyyəsinin daha aydın olması məqsədilə imam Sadiqin (ə) dəyərli kəlamını qeyd edirik: "Hüşam ibni Həkəm deyir: imam Sadiqdən (ə) üzərinə səcdə edilməsi səhih olan şeylər barəsində soruşduqda, buyurdu: "Səcdə yalnız yerə və ondan cücərənlərə -- yeməlilərdən və geyməlilərdən başqa -- edilməlidir." Dedim: "Sənə fəda olum, bunun səbəbi nədir?" Buyurdu: "Səcdə Allah üçün itaət və bəndəçilik əlamətidir və yeməlilərin və içməlilərin üzərinə edilməsi layiq deyildir. Çünki dünyapərəstlər yemək və geymək qullarıdır, halbuki insan səcdə zamanı Allaha pərəstiş edir, deməli öz alnını dünyapərəstlərin məbudu olan, onların məftun olduqları şeylərin üzərinə qoyması yaxşı deyildir. Torpağa səcdə edilməsi daha yüksək və daha yaxşıdır, çünki böyük Allahın müqabilində bəndəçilik və xüzu etməklə daha münasibdir." ("Biharul-ənvar", cild, 85 səh.147 "İləluş-şəraye"dən nəqlən)

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.