Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız ölkəmizi yerli və beynəlxalq yarışlarda layiqincə təmsil edir, bayrağımızı dalğalandırır və himnimizi səsləndirirlər. İstər Olimpiya, istərsə qeyri Olimpiya növü olmasından asılı olmayaraq bütün idman növlərinə ölkə rəhbərliyi tərəfindən böyük qayğı və diqqət göstərilir. Uşaqların və gənclərin sağlam həyat tərzində yaşamaları, onların idmanla məşğul olmaları üçün ölkəmizdə hər bir şərait var.Fəaliyyət göstərən idman ocaqları, klub və federasiyalar bu inkişafa xidmət edir və gənc nəslin sağlam yetişməsində böyük rol oynayırlar.