İqbal Məmmədəliyevin şəxsi arxivindən.
Faiq Zöhrabov haqqında radio-oçerk (Araz radiosu, 16/07/1999)
Görkəmli rejissorun həyat yolu haqqında onun tələbəlirinin çıxışları yer alan radio-oçerk Faiq Zöhrabovun 60 illiyinə həsr olunub.
F.Zöhrabov 1939-cü il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur.
F.Zöhrabov 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərmişdir. 1963-1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.
İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1965-1972-ci illlərdə F.Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləmişdir.
1972-1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975-1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləmişdir.
1968-1985-ci illərdə F.Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişdir.
1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə rejissor A.P.Çexovun "Elçilik", A.Şirvanzadənin "Nakam qız", Q.Lezqinsovun "Dağlar oğlu", N.Hikmətin "Bayramın birinci günü", Ü.Hacıbəyovun "O olmasın, bu olsun" və s. dramaturqların əsərlərinə quruluş vermişdir.
1988-ci ildən F.Zöhrabov ADMİU-nun "Səda" Tədris Teatrının direktoru və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr" kafedrasının dosenti olmuşdur. 2000-ci ilə kimi pedaqoq kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox rejissorların, aktyorların yetişməsində müstəsna xidmətləri olub.
1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirir.
Burada F.Zöhrabov "Dəli dünya", "Bankir adaxlı", "Məhəbbət oyunu", "Talelər qovuşanda", "Aldın payını, çağır dayını" və s. kimi bir-birindən maraqlı tamaşalar hazırlamışdır.
5 iyun, 2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat etmişdir.
JOIN VSP GROUP PARTNER PROGRAM: https://youpartnerwsp.com/ru/join?73467
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации