Pressaz.com saytına verilən məlumata görə zəngin bitki aləmi ilə insanları özünə cəlb edən Gəncənin Heydər Əliyev park kompleksinə Qafqaz dələləri gətirilib. 20 dələ parkda yaradılan canlı güşəyə buraxılıb. Dələlərin qidalanması və nəsil artırmaları üçün parkda hər bir şərait yaradılıb. Növbəti həftə dələlərin sayının artırılması məqsədi ilə daha 50 dələ parka gətiriləcək. Yaxın zamanlarda isə parkın ərazisində yerləşən 7 hektar ərazini əhatə edən süni gölün yaxınlığında xüsusi heyvanat güşəsinin yaradılması planlaşdırılır. Ümumilikdə parkın ərazisi 450 hektardır.
Sözügedən kampaniya IDEA təşkilatı (International Dialogue for Environmental Action) və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir.
Daha sonra Heydər Əliyev park kompleksin ərazisində iməcilik təşkil olunub. Şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin qatıldığı iməcilikdə park ərazisində səliqə-səhman yaradılıb. Yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib. Ərazidə mövcud olan ağac və tinglərə su verilib. İrigövdəli ağaclar budanıb və dibləri bellənib. İməcilik zamanı sözügedən ərazi həmçinin məişət tullantılarından da təmizlənib. Xatırladaq ki, iməciliyə səhər saatlarından start verilib və bir neçə saat davam edib. Bundan başqa, parkda əkinçilik və meliorativ tədbirlərin yerinə yetirilməsi təmin olunmaqla, əraziyə müxtəlif gül kolları əkilib.
Pressaz.com saytı sizlərə həmin dələlərin videosunu və iməclikdən eksklüziv şəkillər təqdim edir.
Link: http://www.pressaz.info/index.php/ekskluziv/5426-heyder-eliyev-parkinda-dele-gorsez-teeccublenmeyin-ekskluziv.html
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации