Həqiqi sevgi ancaq hörmətlə yaşana bilər
Sevilən insana verilən dəyərin ifadəsi hörmətdir. O, insana nə qədər dəyər və əhəmiyyət verildiyinin sübutudur. İnsanlar həyatları boyu bir çox insanlara müxtəlif cəhətdən sevgi və heyranlıq duya bilərlər. Amma bunların çoxu müvəqqətidir. Məsələn, bir insan iş yerindəki yoldaşını dost kimi görər və müəyyən nisbətdə sevgi bəsləyə bilər. Yaxud eyni məhəllədə yaşayan qonşusu ilə də dostluq edər və onu müəyyən dərəcədə sevər. Amma çox hörmət etdiyi, dəyər və əhəmiyyət verdiyi bir insana bəslədiyi sevgi tamamilə fərqlidir.