İstənilən şeylər arasında Allaha ən sevimli olanı Ondan afiyət istənilməsidir. Dua üz vermiş bəlanın dəf olmasına və üz verməmiş bəlanın isə baş verməməsinə səbəb olur. "Qədəri yalnız dua dəyişir". (Tirmizi, İbn Məcəh, 90; Əhməd, 5/277) "Qədərdən həzər etməyin (çəkinməyin) heç bir faydası yoxdur. Dua enmiş bəlanın dəf olmasına və enməmiş bəlanın isə baş verməməsinə səbəb olur. Həqiqətən də, dua bəla ilə qarşılaşaraq Qiyamət gününə qədər (onun qarşısını almaq üçün) mübarizə aparar". (Tabərani, "əl-Ovsat", kitabı, hədis: 2519)
Bu hədislərin şərh edərək alimlər demişlər ki, bu hədislər Allahın qul üçün yazdığı qəza-qədəri (bəlanı) dua ilə qaytarmasına dəlalət edir. Bu barədə çoxlu hədislər rəvayət olunmuşdur. Hasil olan nəticə odur ki, duanın özü də Allahın qədərindəndir. Qulu üçün muqayyəd (asılı) olan bir qəza-qədəri yazar ki, dua etməzsə qəza-qədər baş versin, lakin Ona dua edərsə, həmin qəza-qədər ondan dəf olsun. (Şovkani, "Tuhfətu-z-Zəkirin" kitabı, səh: 29-30)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев