O, “Pravda”Ya açıqlamasında Azərbaycanın yalnız öz qanunlarına əsaslanaraq fəaliyyət göstərdiyini deyib.
Deputat qeyd edib ki, ölkə məhkəmələri bütün prosesləri daxili qanunvericiliyə uyğun aparır:
“Deyirlər ki, Azərbaycan Avropa məhkəmələrinin qərarlarını icra etmir. Bir az əvvələ qayıdaq. Azərbaycan illərdir - 1990-cı illərdən başlayaraq - torpaqlarımız işğal altında olanda, soyqırımlar törədiləndə, vətəndaşlarımıza işgəncə verildikdə, əsir və itkinlərlə bağlı Avropa məhkəmələrinə çoxlu müraciətlər edib. Avropa məhkəmələri bunların hansına ədalətli yanaşıb? Bizim haqlı tələblərimizin hansına baxılıb? Demək olar ki, heç birinə”.
Elman Məmmədov bildirib ki, hazırda Avropa məhkəmələrinin Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyini düşünür:
“İndi görün, nə ilə məşğuldurlar - Azərbaycan vətəndaşlarına, insanlığa və dövlətçiliyə qarşı cinayət törətmiş ermənilərin müdafiəsi, ölkə qanunlarını pozaraq cinayət əməli törədən şəxslərin azadlığa buraxılması tələbi ilə! Bu səbəbdən Azərbaycan ədalətsiz, haqsız və qanunlarımıza zidd olan heç bir qərarı icra etməyəcək”.
Deputat əlavə edib ki, Azərbaycan müstəqil dövlətdir və öz hüquqi sistemi beynəlxalq normalara uyğun fəaliyyət göstərir:
“Qanunlarımız beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə tam uyğundur. Buna görə də Avropa məhkəmələrinin qərəzli və əsassız qərarlarını yerinə yetirmirik”.
SON XƏBƏR


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев